Xəbər lenti

Əmisini bıçaqladı, arvadını isə yabayla vurdu - Şəkidə
Ölkə09:55 08.08.2016

Əmisini bıçaqladı, arvadını isə yabayla vurdu - Şəkidə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qardaşoğlu Rusiyadan gələn əmisini bıçaqladı və arvadına isə yabayla xəsarət yetrib.
Qaynarinfo.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə Şəkinin Cəfərabad kəndində qeydə alınıb. Rusiya dövlətinin Tümen vilayətində qeydiyyatda olan Qiyas Rüstəmov və həyat yoldaşı Lyudmila Sazanova bir neçə gün əvvəl Cəfərabad kəndinə qonaq gəliblər. Orada onların Qiyas Rüstəmovun qardaşı oğlu Vüsal Rüstəmovla mübahisələri düşüb. Mübahisə zamanı Vüsal Rüstəmov doğma əmisi olan Qiyas Rüstəmova bıçaqla, onun həyat yoldaşına isə yaba ilə xəsarət yetirib. Müxtəlif xəsarətlər alan Qiyas Rüstəmov və onun həyat yoldaşı Lyudmila Sazanova xəstəxanaya çatdırılıb. 
Hadisəni törədən Vüsal Rüstəmov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır. 
Qaynarinfo.Az