Xəbər lenti

Şəmkirdə 3 nəfəri cərəyan vuraraq öldürdü
Ölkə16:10 23.09.2024

Şəmkirdə 3 nəfəri cərəyan vuraraq öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəmkirdə bədbəxt hadisə baş verib.

Qaynarinfo xəbər verir ki , hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

Kənd ərazisində 3 nəfəri (Əkbər Bağırov, İsmət Məmmədov, Adil Böyükkişiyev) elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Məlumata görə, həmin şəxslərin küçədə apardıqları nərdivan elektirk naqillərinə toxunub və onları cərəyan vurub.

Faktla bağlı araşdırma aparılır.