Xəbər lenti

Şəmkirdə mikroavtobus mal-qaranı vurdu: Xəsarət alanlar var
Ölkə19:42 07.12.2022

Şəmkirdə mikroavtobus mal-qaranı vurdu: Xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito” markalı mikroavtobusunun qarşısına mal-qara çıxıb. Nəticədə mikroavtobus naxırdakı heyvanları vurub. Qəza zamanı "Mercedes Vito” olanlar - 1978-ci il təvəllüdllü Səbinə Məmmədova, 1980-ci il təvəllüdlü Samirə Məmmədova, 1982-ci il təvəllüdlü Gözəl Məmmədova və 2012-ci il təvəllüdlü Məhsəti Süleymanzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir.