Xəbər lenti

Ən azı 1722 həyat qurtardılar
Ölkə09:55 10.05.2016

Ən azı 1722 həyat qurtardılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2016-cı ilin aprel ayı ərzində 7,412,514 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Qaynarinfo.az bildirir ki, bu barədə trend-ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

1,707 ədəd PHS, 6 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Cəmi 1722 ədəd PHS zərərsizləşdirilib.

Əməliyyatlarda 402 nəfər əməliyyat heyəti və 228 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 327,855,880 m2 ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 718,029-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Cəbrayıl, Cəlilabad, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.

2016-cı ilin aprel ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Qaynarinfo.az