Xəbər lenti

Ən çox hansı avtomobili sürürük?
Ölkə08:18 05.03.2013

Ən çox hansı avtomobili sürürük?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev çərşənbə axşamı Trend-ə bildirib ki, Azərbaycanda ən çox sürülən avtomobil "VAZ" markalı avtomobillərdir. Hazırda Azərbaycanda 430 mindən yuxarı "VAZ" markalı avtomobildən istifadə olunur.

İkinci yeri "Mercedes" markalı avtomobillər tutur. Belə ki, Azərbaycanda 160 min "Mercedes" markalı avtomobil sürülür.

Üçüncü yerdə isə "Hyundai" markalı avtomobillər durur. Azərbaycanda 50 minə yaxın sürücü bu markadan istifadə edir. Sonrakı dördüncü yeri (20 mindən çox) isə BMW markalı avtomobil tutur .

Qeyd edək ki, hazırda Azərbaycanda ümumilikdə 1 milyon 160 min avtomobil mövcuddur.

Qaynar.info