Xəbər lenti

Ən yüksək bal toplayan abituriyent bu universiteti seçdi
Ölkə07:07 21.06.2023

Ən yüksək bal toplayan abituriyent bu universiteti seçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət İmtahan Mərkəzinin (DİM) 2023/2024-cü tədris ili üzrə keçirdiyi qəbul imtahanlarında ən yüksək bal toplayaraq Azərbaycan birincisi adını qazanan abituriyent Cavid Nəzərov SOCAR-ın Bakı Ali Neft Məktəbini seçir.
Qaynarinfo xəbər verir ki, I ixtisas qrupunun və bütün qrupların lideri buraxılış imtahanında 295,8, blok imtahanında 397 olmaqla ümumilikdə 692,8 bal toplayıb. O, SOCAR-ın Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaq arzusundadır.
Cavid Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur.