Xəbər lenti

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı
Ölkə18:00 23.12.2019

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.
Qaynarinfo xəbər verir ki, seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Burada 38 621 seçicidən 16 800 (43.50 faiz) səs verib.
Eyni zamanda seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz (Gəncə) İkinci Seçki Dairəsidir. Burada 42 085 seçicidən 10 156 (24.13 faiz) səs verib.
Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ümumilikdə seçici fəallığı 32.72 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib.