Xəbər lenti

Energetika Nazirliyi və "Azərenerji" yaranmış problemlə bağlı məlumat yayıb
Ölkə17:23 03.07.2018

Energetika Nazirliyi və "Azərenerji" yaranmış problemlə bağlı məlumat yayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Energetika Nazirliyi və "Azərenerji" ASC birgə operativ məlumat yayıb. 
Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.
Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilib. Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur.
Problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir.