Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib.
Bu barədə Qaynarinfo-ya Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.
Onun sözlərinə görə, həkimlər bu səbəbdən aktyoru reanimasiyaya yerləşdirib:
"İki gündür ki, atamın vəziyyəti yaxşı deyil. Heç bir irəliləyiş yoxdur”.
Xatırladaq ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənovun halı qəfildən pisləşib.
Aktyor hazırda Mərdəkanda 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında müalicə alır.
Şərhlər