Xəbər lenti

Ər arvadının qanını tökdü - Şəmkirdə
Ölkə08:42 10.02.2015

Ər arvadının qanını tökdü - Şəmkirdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə fevralın 10-da səhər saatlarında rayonun Qaralar kəndində qeydə alınıb. 
Kənd sakini, 1982-ci il təvəllüdlü Samirə Abbasova ailə münaqişəsi zəmində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Qadın qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Üzərində cərrahiyyə əməliyyatı aparılan S. Abbasovanın vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. 
Qaynar.info