Xəbər lenti

Ərdoğan o iqamətgahın ilk qonağı oldu- Əliyevdən jest
Ölkə07:53 03.09.2014

Ərdoğan o iqamətgahın ilk qonağı oldu- Əliyevdən jest

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə mətbuatı prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı bir ilk yaşandığını yazıb. 

“Qafqazinfo”  Türkiyə KİV-nə istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev ilk dəfə olaraq həmkarı Ərdoğanı Gənclikdəki iqamətgahında qarşılayıb. 

Məlumatda qeyd olunur ki, daha əvvəl heç bir dövlət başçısı “Gənclik sarayında” qonaq edilməyib. 

Prezident Ərdoğan nahardan sonra mərhum prezident Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edəcək.

Qaynar.info