
Xəbər verdiyimiz kimi Rusiyanın Sant-Peterburq şəhərində böyük 20-lik ölkələri liderlərinin görüşü keçirilib.
Qaynar.info xəbər verir ki, görüşdən sonra dövlət başçıları xatirə şəkilləri çəkdirib. Bu zaman Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın jesti dünya mediasının müzakirə mövzusuna çevirilib.
Belə ki, Ərdoğan şəkil çəkdirərkən Türkiyə bayrağının yerə atıldığını görüb və əyilərək bayrağı yerdən götürüb. Bayrağı yerdən götürən baş nazir onu cibinə qoyub.
Qeyd edək ki, 2009-cu ildə ABŞ-ın Pitsburq vilayətində və 2012-ci ildə Meksikanın Los Kabos şəhərində də eyni hal təkrarlanmışdı. Türk bayrağını yerdə görən Ərdoğan əyilərək onu götürmüşdü.
Qaynar.info