Ordu millət vəkili İdris Naim Şahin baş nazirin "İmamhatip" məktəblərindən bəri yol yoldaşı olub.
APA-nın məlumatına görə, keçmiş daxili işlər naziri, Ordu millət vəkili İdris Naim Şahin bu gün axşam saatlarında AKP sıralarından istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, adı korrupsiya qalmaqalında hallanan üç nazir – daxili işlər naziri Müəmmar Gülər, Şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktar və iqtisadiyyat naziri Zəfər Çağlayan bu gün istefa verib.
Antikorrupsiya əməliyyatının başlandığı 17 dekabr tarixindən bir gün əvvəl – dekabrın 16-da isə keçmiş futbolçu Hakan Şükür AKP sıralarını tərk edib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İdris Naim Şahin R.T.Ərdoğanın uşaqlıq dostudur. Onlar bir yerdə "İmamhatip" məktəbində oxuyublar, 20 illik də siyasi yolçuluqları olub. Türkiyə mediası iddia edir ki, İ.N. Şahin daxili işlər naziri vəzifəsindən çıxarıldığına görə Ərdoğandan incimişdi. İddialara görə, 50 illik dostunun onu belə bir məqamda tərk etməsi Türkiyə baş nazirini ciddi sarsıdıb.
Qaynar.info