Xəbər lenti

Ərdoğan:
Dünya 18:21 25.09.2024

Ərdoğan: "Ukraynanın NATO-ya qəbulu tələsik məsələ deyil"

Ukraynanın NATO-ya daxil olması "tələsik məsələ deyil”.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NBC News telekanalına müsahibəsində deyib.
 
Nyu Yorkda BMT Baş Assambleyasının kluarlarında çıxış edən Ərdoğan həmçinin bildirib ki, ABŞ və digər NATO üzvləri "Ukraynanın üzv dövlət olmasını istəmirlər”.

"Bunlar tələsik məsələlər deyil... Və biz düşünəndə, qərar qəbul edəndə həmişə NATO-ya üzv digər ölkələrin mövqeyini nəzərə alırıq, danışıqlar masası arxasında bu mümkün məsələləri müzakirə edirik və buna uyğun olaraq son qərarı veririk”, - deyə o vurğulayıb.

Ərdoğan Türkiyə ilə Rusiya arasında əlaqələrin genişləndiyini də bildirib.

"Rusiya ilə münasibətlərimiz çoxşaxəlidir, siyasi, iqtisadi, mədəni, müdafiə sənayesi ilə bağlıdır... Bir çox sahələr, aspektlər var və həmrəyliyimiz var, qarşılıqlı fəaliyyətimiz davam edir və hər gün bu əlaqələr iqtisadi baxımdan genişlənir”.

Xatırladaq ki, bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ərdoğanla görüşdə onunla sülh formulunun həyata keçirilməsini müzakirə edib. Türkiyə prezidenti həmçinin qeyd edib ki, ölkəsi uzunmüddətli və ədalətli sülhə nail olmaq üçün Ukrayna ilə Rusiya Federasiyası arasında vasitəçilik etməyə hazırdır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->