Türkiyə və Rusiya Federasiyası prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin cümə axşamı Səmərqənddə keçiriləcək görüşdə Rusiya qazının tədarükü, xüsusən də rubl və lirə ilə qismən ödənişin təfərrüatlarını müzakirə edəcəklər.
Qaynarinfo xəbər verir ki, bu haqda Ankaradakı diplomatik mənbə "RİA Novosti"yə
bildirib.
Rusiya və Türkiyə liderləri Rusiya qazının Türkiyəyə tədarükü üçün rublla qismən ödənişlərə başlamaq barədə razılığa gəliblər. Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Türkiyə tərəfindən Rusiya qazının rublla alınmasına dair prinsipial razılıq əldə olunub, Ankara Moskva ilə tranzitin müəyyən hissəsinin türk lirəsi ilə ödənilməsi imkanlarını müzakirə edir.
"Bəli, qaz məsələsi, xüsusən də milli valyutalarla ödəniş haqqında sazişin təfərrüatları gündəmdə olacaq”, - deyə mənbə liderlərin Rusiya qazının Türkiyəyə tədarükünü müzakirə etmə ehtimalı ilə bağlı sualı cavablandırıb.
Mənbənin sözlərinə görə, Rusiya qazının Türkiyəyə nəqlində heç bir problem yoxdur.
Alpər
Şərhlər