Texnologiya 18:07 08.04.2022

Ərəb şahzadəsi 216 milyon dollara oyun şirkəti aldı

Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman Yaponiyada yerləşən video oyun şirkəti SNK-ni aldığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, "Metal Slug” və "Fatal Fury” kimi oyunların tərtibçisi Yapon şirkətinin, demək olar, bütün səhmləri satılıb.

Bu haqda açıqlama verən Məhəmməd bin Səlman şirkətin 96,18 faizini 216,7 milyon dollara Məhəmməd bin Salman Fonduna (MiSK) məxsus "Electronic Gaming Development Company” tərəfindən aldığını bildirib. 

Qeyd edək ki, şahzadə oyunlara olan marağı səbəbindən bu sahəyə böyük investisiyalar yatırır.  

Məhəmməd bin Salman keçən aylarda "Counter Strike Global Offensive” oyununda dünya üzrə turnirlər təşkil edən şirkəti olan "Savy Gaming Group”u 1,5 milyard dollara alıb. 

O, həmçinin "Capcom” kimi mühüm şirkətlərin 5%-ni 1 milyon dollara alıb.
 
Günay