Xəbər lenti

Ərəblərin hücumu: Ekologiyanı dövlət qorumursa... - Reaksiyalar
Ölkə13:03 25.03.2021

Ərəblərin hücumu: Ekologiyanı dövlət qorumursa... - Reaksiyalar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ərəb ovçuları ilə bağlı rəsmi qurumların susqunluğu onların tək təbiətimizə münasibətini əks etdirmir, həm də xalqa necə baxdıqlarını göstərir". 
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli ərəblərin Azərbaycanda nadir quş növlərini ovlamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ərəb pulunu versə, ölkədə nə istəsə edə, hər qanunsuzluq törədə bilər:
"Pul hərisliyi gözlərini o qədər tutub ki, ictimai qınaq, qanun, qayda veclərinə də deyil. Sabah bir ərəb şeyxi burda cinayət edib pulunu verib üstünü də örtdürər. Ekologiyanı dövlət qorumursa, özümüz qoruyaq, Afrikada elə oldu: Korrupsiyalaşmış hakimiyyətlər avropalılara pul müqabilində Afrikada ov etməyə icazə verirdilər, ancaq yerli əhalinin, qəbilələrin ciddi etirazlarından sonra bu sahədə qayda-qanun yarandı..."
İqtisadçı alim Nazim Bəydəmirli də baş verənlərə etirazını bildirib:
"Harın məmurlarımız az idi, indi də harınlanmış ərəblər özümüzünkülərin əli ilə təbiətimizi, əxlaqımızı "sökürlər"... Şiddətlə etirazımı bildirirəm".
Qeyd edək ki, sosial mediada ərəblərin Acınohur çölündə quş ovuna davam etdikləri və hazırda isə Qax Dövlət Təbiət Qoruğunda nadir quş növlərini ovladıqları barədə video-foto görüntülər yayılıb. 
Bahar Rüstəmli