Xəbər lenti

Əri müəlliməni döyə-döyə öldürdü - Lənkəranda
Ölkə12:27 28.03.2017

Əri müəlliməni döyə-döyə öldürdü - Lənkəranda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəranda qətl hadisəsi törədilib. "Qaynar" istipress-ə istinadən xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb.
Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 1969-cu il təvəllüdlü Əliyeva Maygül Daməd qızının əri tərəfindən ailə münaqişəsi zəminində bel sapı ilə çoxsaylı zərbələr nəticəsində öldürüldüyü bildirilir. Onun meyiti müayinə olunmaq üçün morqa aparılıb.
Qətli törədən 1968-ci il təvəllüdlü Rüfət Əliyev hadisə yerindən qaçıb. Polsi onun axtarışlarını aparır. Öldürülən qadının iki övladı var.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.
Qaynar.Az