Xəbər lenti

Ərini işgəncəylə öldürdü - Qubada dəhşət+VİDEO
Ölkə20:21 20.06.2014

Ərini işgəncəylə öldürdü - Qubada dəhşət+VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qubada dəhşətli qətl hadisəsi baş verib. 

Qadın həyat yoldaşının canına qıyıb. 

Odun parçası ilə edirilən zərbələrdən ailə başçısı gözlərini əbədi yumub. 

Qaynar.info ANS TV-ə istinadən xəbər verir ki, qətl Qubanın Susayqışlaq kəndində baş verib. Ailə üzvləri əvvəlcə kənd sakini, 2-ci qrup əlil Zeynal Xanəliyevin ağacdan yıxıldığını desələr də araşdırmalar onun öz arvadı tərəfindən qətlə yetirildiyi qənaətinə gəlib.

Quba rayon prokurorunun böyük köməkçisi Rövşən Əhmədovun sözlərinə görə, təyin edilmiş məhkəmə-tibb ekspertizası nəticəsində müəyyən oldu ki, mərhumun üzərində bədən xəsarətləri var: “Sonradan onun yoldaşı Gülnaz Xanəliyeva öz ifadəsində etiraf etdi ki, həyat yoldaşı onun tərəfindən döyülərək öldürülüb”.

Rövşən Əhmədov mərhum Zeynal Xanəliyevin odun parçası ilə qətlə yetirdiyini bildirdi. 

Quba polisi 3 qız anası Gülnaz Xanəliyevanı şübhəli şəxs qismində həbs edib. 

Faktla bağlı qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb.