Xəbər lenti

Erkin Qədirlidən dostunun nazir təyin edilməsinə REAKSİYA
Ölkə04:53 20.04.2013

Erkin Qədirlidən dostunun nazir təyin edilməsinə REAKSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 19-da "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarovun Azərbaycanda təhsil naziri vəzifəsinə təyin edilməsi sosial şəbəkələrdə bir sıra maraqlı müzakirələrə yol açdı.

Qaynar.info-nun xəbərinə görə, müzakirələrdə diqqət çəkən əsas məqamlardan biri də yeni nazirin müxalifətçi REAL hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirlinin yaxın dostu olması ilə bağlı səslənən fikirlər idi.

Daha sonra Erkin Qədirli özünün "Facebook" profilində bu müzakirələr və sələnən fikirlərlə bağlı açıqlama yaydı. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

"Dostlar, bilirəm, əla mırt mövzusudur, kefiniz olsun. Mənə də gülməli gəlir, biləsiniz. Amma bir neçə şeyi ciddi deyəcəyəm (təəssüf ki, ehtiyac yarandı):

1. Mikayıl Cabbarov dostumdur.
2. Mikayıl Cabbarov savadlı hüquşünas, bacaraqlı idarəçidir (menecer).
2. Dostum olduğuna görə, onun vəzifədə olduğu müddətdə heç bir universitetdən dərs demək təklifini qəbul etməyəcəyəm (belə təklifin olduğu halda nə edəcəyimi soruşurlar deyə, yazdım).
3. Bu siyasi sistemdə təhsil islahatları mümkün deyil (kosmetik dəyişikliklər sayılmır).
4. Mikayıl Cabbarov dostumdur deyə, kimsəyə təhsil sahəsində yardım edəsi deyiləm (mənim vasitəmlə ona çıxış axtarmayın - təəssüf ki, belə cəhdlər artıq başladı)
5. Mikayıl Cabbarovun İqtisadi İnkişaf Nazirinin müavini, sonradan isə İçəri Şəhər Qoruğunun müdiri vəzifələrindən özüm və ya başqaları üçün istifadə etməmişəm. Onun Təhsil Naziri vəzifəsində də özüm üçün fürsət görmürəm.
6. Mikayıl Cabbarov yox e, lap özümü də nazir təyin etsələr, yenə də deyəcəyəm - İlham Əliyevin 3-cü dəfə namizəd olmaq hüququ yoxdur.
7. Siyasətə şəxsi münasibətləri gətirməyin həmişə əleyhinə olmuşam, bundan sonra da olacağam.

Sistem kökündən dəyişdirilməlidir, cümhuriyyətimiz bərpa olunmalıdır. Mən buna görə müxalifətdəyəm, mən bunun uğrunda ReAl-dayam".

Qaynar.info