Xəbər lenti

Erməni deputat Bakıya köçmək istəyir
Ölkə05:20 29.11.2023

Erməni deputat Bakıya köçmək istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda doğulmuş erməni deputat Vilen Qabrielyan yenidən Azərbaycanda yaşamaq istəyir.
Publika.az xəbər verir ki, Qabrielyan təhlükəsizlik təminatı veriləcəyi təqdirdə, Bakıya köçəcəyini bildirib: "Azərbaycan təhlükəsizlik təminatı verərsə, Bakıya getmək, orada yaşamaq istəyərdim”.
Erməni deputat Ermənistanın da azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməli olduğunu dilə gətirib.
"Dünya yeni yaranmayıb, bir-biri ilə müharibə aparan, sonra sülh şəraitində yaşayan çoxlu dövlətlər var”, - o bildirib.
Qabrielyan hesab edir ki, hər iki tərəf – Ermənistan və Azərbaycanın qaçqınların geri qayıtmasını təmin etməlidir.
Qeyd edək ki, erməni deputat bundan öncə "boz qurd” işarəsi ilə gündəmə gəlmişdi.