Xəbər lenti

Erməni deputatların Bakıya gəlişinə etiraz - AKSİYA-FOTOLAR
Ölkə07:30 16.06.2014

Erməni deputatların Bakıya gəlişinə etiraz - AKSİYA-FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü Bakıda etiraz aksiyası keçirib. 

Musavat.com-un verdiyi məlumata görə, QAT üzvləri NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarında iştirak üçün erməni deputatların Bakıya gəlməsinə etiraz ediblər. Aksiya erməni deputatların da qaldığı Four Seasons otelinin qarşısında keçirilib.

Polis əməkdaşları aksiyaya sərt müdaxilə etməyiblər. 

Aksiya iştirakçıları otelin qarşısından uzaqlaşdırılıb, əllərindəki plakatlar isə müsadirə edilib. 

Qaynar.info