Xəbər lenti

Erməni diversant Şəmkirdə dindirilir - FOTO
Ölkə12:16 07.08.2014

Erməni diversant Şəmkirdə dindirilir - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tovuzda tutulan Ermənistan vətəndaşı Karen Petrosyan artıq Müdafiə Nazirliyinin Şəmkir korpusuna aparılıb.

AzVision.az-a daxil olan məlumata görə, erməni vətəndaş hərbçilərin müşayiəti ilə artıq Şəmkirə aparılıb. Hazırda onun nə üçün Azərbaycan keçməsi haqda dindirildiyi bildirilir.

Qeyd edək ki, həmin şəxslə bağlı artıq Müdafiə Nazirliyi rəsmi məlumat yayıb və bildirib ki, həmin şəxs erməni diversantdır.

Nazirlik qeyd edib ki, bu gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Nəticədə 4 erməni diversant məhv edilib.

Qaynar.info