Xəbər lenti

Erməni əsgərlərin Azərbaycan snayperi vahiməsi
Ölkə07:42 26.06.2014

Erməni əsgərlərin Azərbaycan snayperi vahiməsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ovik Abramyan erməni postlarını gəzərək erməni əsgərlərlə psixoloji söhbət edib

Ermənistanın baş naziri Ovik Abramyan Dağlıq Qarabağa gəlib. 

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir separatçı Dağlıq Qarabağ rejiminin zabitləri ilə birlikdə ön cəbhəyə səfər edib. 

Ovik Abramyan ön cəbhədəki postda duran erməni əsgərlərin onsuz da aşağı olan ruh yüksəkliyini qaldırmaq üçün onlarla psixoloji söhbətlər aparıb. Baş nazir əsgərlərə döyüş saatı və müxtəlif məişət texnikaları hədiyyə edib. . 

Baş nazir Azərbaycan əsgəri ilə bir neçə yüz metr uzaqlıqda xidmət etməyin erməni əsgərlər üçün nə qədər təhlükəli olduğunu deyib. "Azərbaycan snayperi ilə bir neçə yüz metr uzaqlıqda, döyüş postunda dayanmaq üçün sizdə böyük şücaət və sayıqlıq olmalıdır. Biz bunu anlayırıq. Burda dayanan hər bir əsgər və zabitin xidmətini qiymətləndiririk", - deyə Ovik Abramyan bildirib.