Xəbər lenti

Erməni əsirliyində qalan "Azərbaycan gözəli"nin yeni FOTOLARI
Ölkə17:43 02.08.2015

Erməni əsirliyində qalan "Azərbaycan gözəli"nin yeni FOTOLARI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
23 ildir erməni əsirliyində olan gözəllər gözəli Şuşamızın yeni görüntüləri yayılıb. Anspress-in məlumatına görə, fotoları Bəhruz Əsədbəyli adlı "Facebook" istifadəçisi öz səhifəsində paylaşıb. O, fotoların yeni olduğunu qeyd edib.
Şuşa 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri tərəfindən işğal edilib. Ermənilər Şuşa üzərinə hücum əməliyyatının məxfi adını ermənilər "dağlarda toy" adlandırırdılar.
8 may 1992-ci il tarixdə Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanıb. Arkadi Ter–Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər bu hücumları daha da intensivləşməsinə səbəb oldu. 










Qaynarinfo