Xəbər lenti

Erməni general Azərbaycanı hədələdi - Fürsət tapan kimi...
Ölkə10:00 25.05.2016

Erməni general Azərbaycanı hədələdi - Fürsət tapan kimi...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın Qarabağ müharibəsi veteranlarını öz sırasında birləşdirən "Yerkrapa" İttifaqının sədri, general-leytenant Manvel Qriqoryan Yerevanda mətbuat konfransı keçirib.

Modern.az bildirir ki, Qarabağdan ötən gün qayıdan Qriqoryan mətbuat konfrasında Ermənistan tərəfinin itirdiyi əraziləri geri qaytaracağını bəyan edib və Azərbaycanı hədələyib.

"Qarabağda təmas xəttinin konturları tez-tez dəyişir və hələ dəyişməkdə davam edəcək. Bütün dövrlərdə bizimkilər yeni mövqelər tutublar. Fürsət tapan kimi itirilmiş əraziləri geri qaytaracağıq".

Manvel Qriqoryan 2 gün öncə Qarabağdakı 1740, ötən gün isə özü başda olmaqla 113 könüllünün Ermənistana qayıtdıqları barədə məlumat verib.

Qaynarinfo.az