“Ermənistan Müdafiə Nazirliyi Azərbaycanda Türkiyə silahlarının olmasına təəccüblənmir”. Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Movses Akopyan jurnalistlərlə söhbətində hazırda davam edən komanda-qərargah təlimlərini şərh edərkən bildirib.
Onun iddiasına görə, Azərbaycanda Türkiyə silahlarının olması ilə özü hələ 1994-cü ildə qarşılaşıb: “Türkiyə heç vaxt inkar eləməyib ki, Azərbaycana kömək edəcək. Türkiyə silahlarından istifadə təəccüb doğurmur. Rəqib həmişə onu tətbiq edib, biz işin işçindəyik. Biz həmçinin, bilirik ki, bu - hansı silahlardır və haradan gətirilir”.
Akopyan Rusiyanın Azərbaycana silah verməsindən də narahatlıq ifadə edib, lakin onu da əlavə edib ki, Bakı Moskvadan son illər aldığı silahlardan istifadə eləməyib.
Qaynar.info