Xəbər lenti

Erməni general və polkovikləri məhv edildi - RƏSMİ + SON DƏQİQƏ
Ölkə07:26 04.04.2016

Erməni general və polkovikləri məhv edildi - RƏSMİ + SON DƏQİQƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib.

Qaynar.info xəbər verir ki, bu barədə məlumatı  Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yayıb.

Məlumatda qeyd olunur ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.

Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaqdır.

Qaynar.info