
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov təyin edilib.
BakiPost.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi vəzifəsini müvəqqəti icra edən Valeri Semerikov məlumat verib.
Bildirib ki, Yuri Xaçaturov səlahiyyətlərinin icrasına 2017-ci il mayın 2-də başlayacaq.
Məlumat üçün bildirək ki, Yuri Xaçaturov Ermənistan Silahlı Qüvvələri baş qərargahının keçmiş rəisidir.
Qaynar.Az