Azərbaycan - Ermənistan sərhədinin Naxçıvan ərazisində vəziyyət istənilən an dəyişə bilər. Anspress-in "Sputnik-Armeniya" saytına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin 4-cü korpusunun komandiri general-mayor Andranik Makaryan deyib.
"Sərhəddə vəziyyət istənilən an ildırım sürəti ilə dəyişə bilər" - deyə hərbçi bildirib. O həmçinin qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin Qarabağdakı vəziyyəti təkrarlaya biləcəyini istisna etmir.
Andranik Makaryan - Ermənistan ordusunun general-mayoru
May ayının 12-də Ermənistan silahlı bölmələri Naxçıvan sərhədində təxribat törətdikdən sonra yenidən həmin istiqamətdə atəşkəsi pozub.
Qaynarinfo.a