Xəbər lenti

Erməni generalları Azərbaycanla sərhəddə
Ölkə16:30 10.08.2015

Erməni generalları Azərbaycanla sərhəddə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın müdafiə naziri Seyran Ohanyan avqustun 7-8-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Aykaz Baqmanyan və 3-cü qoşun birləşmələrinin komandanı, general-mayor Onik Qasparyanla birgə Ermənistanın şimal-şərq sərhədlərində olub.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərdə deyilir ki, S.Ohanyan sərhəd zonasındakı hərbi hissələrə baş çəkib, xidmətin təşkili, döyüş hazırlığı, hərbçilərin sosial-məişət şəraiti və tikinti işləri ilə yerindəcə tanış olub. Ordu yeməkxanalarının sanitar-gigiyenik vəziyyəti, yeməklərin keyfiyyəti də yoxlanılıb.

Nazir S.Ohanyan bundan sonra döyüş mövqelərinə baş çəkib. Burada mühəndis-istehkam qurğuları ilə tanış olub. Döyüş növbəsi aparan hərbçilərin biliklərini yoxlayıb. Səngərlərə girərək təmas xəttinin müşahidəsini aparıb. S.Ohanyan Ermənistanın Azərbaycanla sərhəddə yerləşən inzibati rayonlarının rəhbərləri ilə də görüşüb.

Qaynar.info