Xəbər lenti

Erməni hərbçi Azərbaycanla sərhəddə minaya düşdü, ayaqları amputasiya edildi
Ölkə07:58 05.04.2024

Erməni hərbçi Azərbaycanla sərhəddə minaya düşdü, ayaqları amputasiya edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan hərbçisi Oskan Sarqsyan sərhədyanı ərazidə minaya düşüb, ayaqları amputasiya edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, 1996-ci ildə anadan olan Sarqsyan hadisə nəticəsində ayaqlarından xəsarət alıb və onu Tavuşdan İcevan tibb mərkəzinə aparıblar.
Məlumata görə, hərbçini daha sonra İrəvandakı hospitala yerləşdiriblər və iki ayağını amputasiya ediblər.
Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı şərh verməyib.