Xəbər lenti

Erməni idmançılar Bakıya gəldi
Ölkə05:29 10.06.2015

Erməni idmançılar Bakıya gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

I Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançıları Azərbaycana gəlməkdə davam edir.

Qaynar.info xəbər verir ki, anspress-in məlumatına görə, Fransa, Belarus, İsveçrə, Hollandiya, Çexiya, İtaliya, Serbiya və Böyük Britaniyanın idmançıları artıq Azərbaycana gəliblər.

İdmançıları və ölkələrin nümayəndə heyətlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-2015” Əməliyyat Komitəsinin əməkdaşları, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun və birinci Avropa Oyunlarının könüllüləri qarşılayıblar.

Komandanın nümayəndələri xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb. “Bakı-2015” Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah yarışlar başlayana qədər fasiləsiz fəaliyyət göstərəcək.

Qeyd edək ki, artıq Ermənistan idmançıları da paytaxtımıza gəlib. Səssiz-sədasız Azərbaycana gələn idmançılar artıq Atletlər kəndində yerləşdirilib. 

Ermənistan 13 iyun tarixindən mübarizəyə qoşulacaq. İlk olaraq güləş üzrə kişilər arasında 59 kq Yunan-Roma Təsnifat Yarışlarında erməni güləşçi Roman Amoyan mübarizə aparacaq.

Qaynar.info