Xəbər lenti

Erməni ilə üz-üzə qalan sakinlər: “Düşmənə nəfəs almağa imkan verilmir
Ölkə11:40 02.04.2016

Erməni ilə üz-üzə qalan sakinlər: “Düşmənə nəfəs almağa imkan verilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aprelin 1-dən 2-nə keçən gecə Erməni silahlı bölmələri Tərtərin düşmənlə təmas xəttində yerləşən kəndləri intensiv artilleriya atəşəşinə tutublar.

Kənd sakinləri Arqument.az-a bildirib ki, düşmənin təxribatı nəticəsində əsasən mülkü əhali hədəfə alınıb. 

Sakinlər deyir ki, Ermənistan hərbiçləri bilərəkdən mülkü əhaliyə iri çaplı silahlarla, hətta minatan və toplarla atəş açır: "Erməni təxribatı nəticəsində Azərbaycan kəndlərinə ziyan dəyib. Ancaq bütün bunlar biz kənd sakinlərini qorxuda bilməz. Sağ olsun, Milli Ordunun əsgərləri bizi qoruyur, düşmənə nəfəs almağa imkan vermirlər. Biz Azərbaycan ordusuna tam arxayınıq”. 

Hazırda təmas xəttində gərginliyin davam etməsinə baxmayaraq, Tərtər rayonunun düşəmənlə ön cəbhədə yerləşən kənd sakinləri erməni təxribatına qarşı mübariz dayanıblar. 

Bundan əlavə, hazırda bölgədə Azərbaycan ordusu düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatlarını əvvəlcədən müəyyənləşdirərək, düşənə ağır zərbələr vurur. Artıq düşəmənin döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu məhv edilib. 

Qaynar.info