Xəbər lenti

Erməni komandir: "Qarabağ Bakıya qaytarılır"
Ölkə12:30 26.03.2015

Erməni komandir: "Qarabağ Bakıya qaytarılır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şuşanın işğalında iştirak etmiş erməni komandir Jirayr Sefilyan Ermənistanın tezliklə Dağlıq Qarabağı itirəcəyini bildirib. 
ANS-in məlumatına görə, doğulduğu Livandan gələrək Dağlıq Qarabağ müharibəsinə qoşulmuş və çox sayda azərbaycanlını yurd-yuvasından didərgin salmış erməni veteran baş verənləri 1920-ci ildə Qars vilayəti ilə bağlı olanlara bənzədib. 
“Onda Qars məsələsi vardı - Ermənistan sovetləşdi, indi Avrasiya İttifaqına girmişik. Həmin vaxt Qarsın verilməsi ilə üsyan başladı. Üsyanın başlaması üçün Dağlıq Qarabağın itirilməsini gözləmək lazım deyil”, - deyə erməni veteran vurğulayıb. 
Müxalifətçi “Təsisçilər parlamenti” təşəbbüsünün kordinatoru Jirayr Sefilyan erməni xalqını rejimə qarşı mübarizəyə çağırıb. O, vətəndaşları kreditləri və cərimələri ödəməməyə, vətəndaş itaətsizliyinə dəvət edib. 
Qaynar.info