Xəbər lenti

Erməni mediasından iddia: Araik Arutyunyan Xankəndidə atəşə tutuldu
Ölkə16:45 07.10.2021

Erməni mediasından iddia: Araik Arutyunyan Xankəndidə atəşə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xankəndidəki separatçı  Araik Arutyunyana sui-qəsd olub.
Yenisabah.az xəbər verir ki,bu barədə voskanapat.info saytının əməkdaşı Karen Andriyan yazıb. Erməni jurnalistin iddialarına görə, Arutyunyana qarşı bu gün səhər saat 11 radələrində Xankəndidə sui-qəsd olub.
Məlumatda qeyd olunur ki, Arutyunyan avtomobilindən düşərkən ona silahlı hücum olub. Nəticə Araik yaralanıb. Xəbərdə bildirilir ki, sui-qəsdi həyata keçirənlər isə "Qayıdan qəhrəmanlar” adlı təşkilatın üzvləridir.Hələlik Arutunyanın vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur. "Hücum edən şəxsin zərərsizləşdirildiyini şəhər sakinləri təsdiq edir” deyə Karen Andriyan bildirib.