Xəbər lenti

Erməni mətbuatı girov götürülən 15 yaşlı Cavidlə bağlı məlumat yaydı
Ölkə19:39 09.09.2014

Erməni mətbuatı girov götürülən 15 yaşlı Cavidlə bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan tərəfi girov götürdüyü 15 yaşlı Azərbaycan vətəndaşı Cavid Məmmədovu qaytarmağa razı olub. 

"Qafqazinfo" Ermənistan KİV-nə istinadən xəbər verir ki, artıq qarşı tərəf bununla bağlı Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Ermənistandakı ofisinə məlumat verib. 

Qeyd edək ki, iki gün öncə Qırmızı Xaç girovluqda olan 15 yaşlı Cavidə baş çəkmişdi. 

Xatırladaq ki, 2-ci qrup əlil olan Cavid Məmmədov sentyabrın 5-də Tərtərin Çaylı kəndində çayda balıq tutmağa gedərkən erməni Silahlı Qüvvələri tərəfindən girov götürülmüşdü. O, Tərtər rayon yol polisi rəisinin müavini Samir Məmmədovun oğludur. 

Qaynar.info