Xəbər lenti

Erməni ordusunun itkiləri artdı, daha bir əsgər Talış istiqamətində vuruldu
Ölkə18:07 25.04.2017

Erməni ordusunun itkiləri artdı, daha bir əsgər Talış istiqamətində vuruldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın Qarabağdakı işğalçı qüvvələri son bir sutka ərzində ikinci əsgər itkisi verib

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, qondarma “DQR müdafiə nazirliyi” təmas xəttinin şimal istiqamətində (Goranboy-Talış) 1998-ci ildə anadan olmuş hərbi qulluqçu Karen Avetosyanın güllə yarasından öldüyünü açıqlayıb. Lakin əsgərin hansı şəraitdə vurulduğu haqda məlumat verilməyib. Bundan əvvəl erməni işğalçı qüvvələrinin əsgəri təmas xəttinin Ağdam istiqamətində snayper atəşi ilə vurulmuşdu.

Qaynar.Az