Xəbər lenti

Erməni qadın Azərbaycanın şəxsiyyət vəsiqəsini alacaq
Ölkə12:25 01.05.2014

Erməni qadın Azərbaycanın şəxsiyyət vəsiqəsini alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının erməni əsilli vətəndaşı İrina Varaqyan (Ağayeva) şəxsiyyət vəsiqəsi almaq üçün Nəsimi rayon Polis İdarəsini Məhkəməyə verib. 

“Qafqazinfo”nun məlumatına görə, o, polis idarəsinə qarşı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi tələbinə dair iddia qaldırıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (BİİM) qərarını ləğv edib, İrina Varaqyanın isə iddiasını qismən təmin edib və işə yenidən baxılması üçün 1 saylı BİİM-ə göndərib.

Qaynar.info