Xəbər lenti

Erməni silahlı qüvvələri ordumuza məxsus nəqliyyat vasitələrini atəşə tutdu (FOTO)
Ölkə15:25 02.09.2022

Erməni silahlı qüvvələri ordumuza məxsus nəqliyyat vasitələrini atəşə tutdu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat  daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub.
Qaynarinfo xəbər verir ki bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib.
Hərbi qulluqçularımız arasında itki yoxdur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.