Xəbər lenti

Erməni texnikalarının nömrələrindən “Qarabağ Azərbaycandır”… - Paradda sürpriz
Ölkə05:07 10.12.2020

Erməni texnikalarının nömrələrindən “Qarabağ Azərbaycandır”… - Paradda sürpriz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Möhtəşəm Zəfər paradının ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Modern.az-a müsahibəsində daha bir maraqlı məqamı açıqlayıb. 
"Bu yaxınlarda sosial şəbəklərdə ermənilərin birinci Qarabağ müharibəsində ələ keçirdikləri avtomobil nömrələrini divar boyu vurduqlarını göstərirdilər. Biz isə məhv etdiyimiz, dağıtdığımız avtomobil, texnika nömrələrindən nəhəng şəkildə "Qarabağ Azərbaycandır” yazısını nümayiş etdirəcəyik. Bununla yanaşı, bütün texnikaların ardıcıllıqla nümayişi olacaq”, - deyə A.Qurbani qeyd edib.