Xəbər lenti

Erməni və türk əl-ələ - REKORD QIRILIR
Ölkə10:55 05.12.2013

Erməni və türk əl-ələ - REKORD QIRILIR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan və Türkiyədən olan iki nəfər uzun müddətə əlsıxma rekordunu təzələmək istəyir.

Əlsıxma dekabrın 6-da Tbilisidə gerçəkləşəcək. Məqsəd – sərhədləri bağlı ölkələrin də insanların dialoq və ünsiyyətinə açıq olduğunu dünyaya göstərməkdir.  Xəbəri TANGO QHT şəbəkəsi yayıb. TANGO Türkiyə və Ermənistan qeyri-hökumət təşkilatlarını bir araya gətirən qurumdur.

Əlsıxma olayı erməni və türk sənətçi və iş adamlarının təşəbbüsündən qaynaqlanır. Tbilisidə gerçəkləşəcək görüş haradasa son vaxtlaradək Qarsda mövcud olmuş abidəyə bənzəyəcək. Həmin abidədə iki şəxsin əl verib görüşməsi təsvir olunurdu. Sonradan mübahisə doğuran bu abidə hakimiyyət orqanlarının qərarıyla uçurulmuşdu.

Görüşə Gürcüstanın seçilməsi də təsadüfi deyil. İndi bu ölkə Ermənistan və Türkiyəni birləşdirən nöqtə kimi önəm daşıyır.

Türkiyə Azərbaycanla həmrəylik məqsədilə 1993-cü ildə  Dağlıq Qarabağ işğal ediləndən sonra Ermənistanla sərhədi bağlayıb. /azadliq.org/

Qaynar.info