Xəbər lenti

Ermənilər 6 kəndimizi intensiv atəşə tutub
Ölkə05:01 19.09.2013

Ermənilər 6 kəndimizi intensiv atəşə tutub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Erməni silahlı bölmələri dünən və bu gecə atəşkəs rejimini pozub. Müdafiə Nazirliyi Mətbuat Xidmətindən Qaynar.info-ya daxil olan məlumata görə, erməni silahlıları Ağdam rayonunun Baş Qərvənd, Şıxlar, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Qorqan və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Qaynar.info