Xəbər lenti

Ermənilər Ağdamın cəbhə kəndini atəşə tutdu
Ölkə12:06 08.12.2017

Ermənilər Ağdamın cəbhə kəndini atəşə tutdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Erməni silahlı bölmələri Ağdamın cəbhə kəndini atəşə tutublar.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, düşmən ordusu işğal altında saxladığı ərazilərdən rayonun Orta Qərvənd kəndini iriçaplı pulemyotlardan və minaatanlardan atəşə tutub.
Atışma zamanı xəsarət olmasa da, kənd sakinləri Vilayət Həsənov, Qaçay Xıdırov, Mehman Məmmədov və Yusif Səmədova məxsus evlərin dam örtüyünə və pəncərələrinə ziyan dəyib.
Müdafiə Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.