Xəbər lenti

Ermənilər ATƏT nümayəndələrini atəşə tutdular - GƏRGİNLİK
Ölkə09:43 23.01.2014

Ermənilər ATƏT nümayəndələrini atəşə tutdular - GƏRGİNLİK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ATƏT nümayəndələri düşmən tərəfindən atəşə tutulub.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq başa çatdıqdan dərhal sonra baş verib. Ermənilər bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələrini və monitorinq iştirakçılarını atəşə tutublar.

Qaynar.info