Xəbər lenti

Ermənilər Azərbaycan vətəndaşını girov götürdülər - Yenilənib
Ölkə10:45 06.09.2014

Ermənilər Azərbaycan vətəndaşını girov götürdülər - Yenilənib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan vətəndaşı ermənilər tərəfindən girov götürülüb. 

“Qafqazinfo” xəbər verir ki, Ermənistan KİV-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşı ötən gün yerli vaxtla saat 18:10-da sərhədi keçmək istəyərkən saxlanılıb və müvafiq orqanlara təhvil verilib. 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi “Qafqazinfo”ya açıqlamasında faktı təsdiqləyib və hazırda araşdırma aparıldığını, həmin şəxsin kimliyinin müəyyənləşdirildiyini bildirib. 

***

BQXK Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bir Azərbaycan vətəndaşının girov götürüldüyünü təsdiqləyib. 

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, BQXK-nın Dağlıq Qarabağdakı ofisi bir Azərbaycan vətəndaşının saxlanıldığı barədə məlumatlandırılıb. BQXK mandatına uyğun olaraq ona baş çəkəcək.

Qaynar.info