Xəbər lenti

Ermənilər Azərbaycanda yanğın törədirlər
Ölkə08:57 22.06.2015

Ermənilər Azərbaycanda yanğın törədirlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan tərəfinin cəbhəboyu törətdiyi yanğınlar yenidən təsərrüfata ziyan vurub. Anspress-in məlumatına görə, ermənilər Xocavənd rayonunda yanğınlar törətməyə başlayıblar.
Alov Xocavənd rayonunun Haramı düzü adlanan ərazisindəki taxıl sahələrinə keçib.
Rayon İcra Hakimiyyətindən anspress-in bölgə müxbirinə verilən məlumata görə, hadisə nəticəsində 41 ha ərazidə biçilməmiş taxıl sahəsi yanıb.
Yanğın artıq söndürülüb.
Hazırda dəymiş ziyan dəqiqləşdirilir.
Qeyd edək ki, son zamanlar ermənilər cəbhəyanı ərazilərdə demək olar ki, hər gün yanğınlar törədirlər.
Qaynar.info