Xəbər lenti

Ermənilər Azərbaycanda yol çəkirlər
Ölkə17:10 20.12.2013

Ermənilər Azərbaycanda yol çəkirlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yol tikmək üçün öz pulları olmayan ermənilər vəsait yığmaq üçün də xeyli əziyyət çəkməli olublar
Region  Ermənilər Ermənistanın Vardenis (Basarkeçər) rayonu ilə Azərbaycanın işğal olunmuş Ağdərə (Mardakert) rayonlarını birləşdirən yeni magistral yol çəkməyi planlaşdırırlar. 
Ans Press erməni mətbuatına istinadən bildirir ki, tikinti işlərinə 2014-cü ilin yanvar ayında başlanacaq. 
Yol tikmək üçün öz pulları olmayan ermənilər vəsait yığmaq üçün də xeyli əziyyət çəkməli olublar. 
"Hayastan" erməni fondunun noyabrın 28-də Los Ancelesdə keçirdiyi telemarafonda Amerika erməniləri 22 milyon dollar ianə veriblər. Yolun uzunluğu 116 kilometr olacaq. 
Qaynar.info