
Ötən gecə Ermənistan ordusunun diversiya qrupu Qazaxın Bala Cəfərli kəndində, Qoşunların təmas xəttində ordumuzun bir postunu ələ keçirməyə cəhd ediblər.
Publika.az- ın bölgə müxbirinin verdiyi xəbərə görə, ordumuz düşmənə layiqli cavab verərərək, onları geri çəkilməyə məcbur edib.
Faktı Müdafiə Nazirliyinin mətbuat xidməti Publika.az-a təstiqləyib.
Nazirlikdən verilən məlumata görə, hərbçilərimizin aylq-sayıqlığı nəticəsində düşmənin cəhdinin qarşısı alınıb.İlkin məlumatlara görə, ermənilər xeyli itki verərək geri çəkiliblər.
Hazırda bu istiqamətdə vəziyyət tam nəzarətdədir.
Azərbaycan tərəfi heç bir itki verməyib.
Qaynar.info