Xəbər lenti

Ermənilər Bərdənin 60 kilometrliyində çoxmənzilli binalar tikir
Ölkə18:18 30.08.2019

Ermənilər Bərdənin 60 kilometrliyində çoxmənzilli binalar tikir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Separatçı-terrorçu erməni rejimi Azərbaycanın 28-ci ildir ki, işğal altında qalan Əsgəran şəhərində çoxmənzilli binalar tikməyə başlayıb.
Qaynarinfo moderator.az-a istinadən xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, artıq Əsgəranda 3 çoxmənzilli binanın bünövrələri qazılıb və tikinti işlərinə start verilib.
Xatırladaq ki, 1991-ci ildən separatçı ermənilərin tam nəzarətinə keçmiş Əsgəran şəhəri Bərdə rayon mərkəzindən cəmi 60 km, işğal altındakı Ağdam rayon mərkəzindən isə 13-14 km məsafədə yerləşir.  Şəhər XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası ilə məşhurdur.